Riyaziyyat professorları bitkilər yarpaqlar və Qızıl nisbət

Ətrafımızdakı bitkilərə, ağaclara baxdığımızda budaqların çoxlu yarpaqla örtülü olduğunu görərik. Uzaqdan baxdığımızda, budaqların və yarpaqların təsadüfi, dağınıq bir şəkildə düzülmüş olduqlarını düşünə bilərik. Halbuki, hər ağacda, hansı budağın haradan çıxacağı və yarpaqların budaq ətrafında düzülüşləri, hətta çiçəklərin simmetrik şəkilləri belə müəyyən sabit qaydalar və möcüzəvi ölçülərlə təyin olunmuşdur. Bitkilər ilk yaradıldıqları gündən bəri bu riyazi qaydaları tam olaraq yerinə yetirərlər. Yəni heç bir yarpaq və ya heç bir çiçək təsadüfən ortaya çıxmaz. Bir ağacda neçə budaq olacağı, budaqların haradan çıxacağı, bir budaq üzərində neçə yarpaq olacağı və bu yarpaqların hansı tənzimləməylə yerləşəcəyi əvvəldən müəyyəndir. Həmçinin hər bitkinin özünə xas budaqlanma və yarpaqlarının düzülüş qaydaları vardır. Elm adamları bitkiləri yalnız bu düzülüşlərinə görə təyin edib təsnif edə bilirlər. Möhtəşəm olan isə, məsələn, Çindəki bir qovaq ağacı ilə İngiltərədəki bir qovaq ağacının eyni ölçü və qaydalardan xəbərdar olmamaları, eyni nisbətləri tətbiq etmələridir. Hər bitkini özünə xas riyazi hesablarla ən estetik şəkildə yaradan, əlbəttə ki, təsadüf ola bilməz. Bütün bu estetikanın və qüsursuz hesablamalarla edilən dizaynın yaradıcısı sonsuz elm sahibi olan Allahdır. Quranda da bildirildiyi kimi:

“Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir.” (Furqan surəsi, 2)

 

Bitki növünə görə dəyişən bu düzülüş şəkilləri dairəvi və ya spiralvari quruluş şəklindədir. Bu xüsusi düzülüşün ən əhəmiyyətli nəticələrindən biri yarpaqların bir başqa yarpağı kölgələməyəcək şəkildə yerləşmiş olmalarıdır. Botanikada "yarpaq diverjansı" olaraq təyin olunan bu nisbətlərə görə bitkilərdə yarpaqların gövdə ətrafına düzülüşlərindəki nizam müəyyən rəqəmlərlə təyin olunmuşdur. Bu düzülüş son dərəcə kompleks bir hesaba dayanır. Bir yarpaqdan başlayıb, gövdə ətrafında fırlanaraq eyni xətdəki digər yarpağa rast gələnə qədər etməyimiz lazım olan dövr sayı (N) ilə, bu dövrlər arasında qarşılaşdığımız yarpaq sayları (P), sırasıyla N və P ilə göstərsək, P/N nisbəti, bitkilərdə "yarpaq diverjansı" olaraq adlandırılır. Bu nisbətlər çəmən bitkilərində (otlarda) 1/2, bataqlıq bitkilərində 1/3, meyvə ağaclarında (alma) 2/5, banan növlərində 3/8, soğankimilərdə 5/13-dür. (Dr. Sara Akdik, Botanik, Şirketi Mürettibiye Basımevi, İstanbul, 1961, s.106)

 

Eyni növə aid hər ağacın bu nisbətdən xəbərdar olub, öz cinsi üçün təyin olunmuş nisbətə uyğun olması böyük bir möcüzədir. Məsələn, bir banan ağacı bu nisbəti haradan bilər və bu nisbətə necə uyğun ola bilər? Bu hesaba görə, hər banan ağacının ətrafında bir yarpaqdan başlayıb 8 dəfə dövr atdığınızda, eyni xətdəki digər yarpağa rast gələcəksiniz və bu dövrlər arasında 3 yarpaqla qarşılaşacaqsınız. Cənubi Afrikadan Amerikaya qədər hara gedirsinizsə gedin, bu nisbət dəyişməyəcək. Yalnız belə bir yarpaq düzülüş nisbətinin olması belə canlıların təsadüfən meydana gəlmədiklərini, qüsursuz və son dərəcə kompleks bir nisbət, hesab, planla yaradıldıqlarını göstərən əhəmiyyətli bir dəlildir. Canlıların genetik strukturlarına belə bir nisbəti kodlaşdıran, onları bu məlumat və xüsusiyyətlə yaradan üstün bir elm və ağıl sahibi olan Allahdır.

Yan tərəfdəki şəkildə üstdə görünən bitkidə, ilk yarpağın dərhal üstündəki yarpağa çatmaq üçün saat istiqamətində üç dövr dönmək və yol üzərində 5 yarpaq keçmək lazımdır. Saatın əksi istiqamətində döndüyümüzdə isə yalnız iki dövrə ehtiyacımız olacaq. Diqqət yetirsəniz əldə edilən ədədlər 2, 3 və 5 ardıcıllığı ilə Fibonaççi düzülüşüdür. Altdakı bitkidə isə, 8 yarpaq keçərək saat istiqamətində 5 dövr, əksinə istiqamətdə isə 3 dövr gövdə ətrafında fırlanar. Bu dəfə 3, 5 və 8 ardıcıllığı ilə Fibonaççi düzülüşünü əldə edərik. Bu nəticələri üstdəki bitki üçün: saat istiqamətindəki dövr üçün yarpaq başına 3/5; ikinci bitki üçün isə yarpaq başına 5/8 dönüş olaraq ifadə edə bilərik.

 

Ağac formaları içində ən çox rast gəlinənlərdən biri, gövdənin bir-birinə tam əks istiqamətdən çıxan yarpaq və budaq cütləridir. Toxum açıldıqdan sonra iki dənə yarpaq açar, bu yarpaqlar 180 dərəcəlik bir bucaqla qarşılıqlı olaraq düzülmüşlər. İlk iki yarpaqdan sonra inkişaf edən digər iki yarpaq isə maksimum dağılımı təmin etmək üçün əks tərəfdə, birinci cütə sağdan bucaqla inkişaf edər. Belə bir vəziyyətdə bir budağın ətrafında 90 dərəcəlik bucaqlara sahib dörd ədəd yarpaq düzülmüş olar. Yəni bu ağacın budaqlarına yuxarıdan baxsaq, yarpaqların tam bir kvadrat meydana gətirəcək şəkildə 90 dərəcəlik bucaqlarla düzüldüklərini və üstdəki yarpaqların bu vasitəylə altdakı yarpaqları örtmədiyini görərik. (Guy Murchie, The Seven Mysteries Of Life, 1978, Abd, Houghton Mifflin Company, Boston, s. 57) Bu görməyə vərdiş etdiyimiz bir şəkildir. Ancaq, insanların çoxu toxumların niyə xüsusilə bu şəkildə açdığını düşünməzlər. Halbuki bu, bir planın və dizaynın nəticəsidir. Məqsəd, yarpaqların üst-üstə çıxaraq bir-birlərini örtmələrinə maneə olmaq və hamısının günəş işığından faydalana bilmələrini təmin etməkdir.

Toxum açıldıqdan sonra çıxan iki yarpaq, 1800 -lik bir bucaqla qarşılıqlı olaraq düzülmüşlər. İlk iki yarpaqdan sonra inkişaf edən digər iki yarpaq isə maksimum paylaşımı təmin etmək üçün əks tərəfdə, birinci cütə 900-lik bucaq təşkil edərək inkişaf edər.

 

Daha kompleks bir forma olan spiral şəklinə də çox tez-tez rast gəlinir. Bitkidəki bu spiral hərəkəti müşahidə etmək üçün bir ip istifadə edilə bilər. Bir yarpağın döşəməsinə ip bağlayıb sonra ipi budaqlara qədər uzadın, gəldiyiniz hər yarpağın gövdəsində bir dəfə halqa edin, qövslər mümkün olduğunca düz olsun. Bu üsulla, qarağac və ya cökə ağacında yarpaqların ortalama olaraq qonşu yarpaqda budağın ətrafında yarı yol qədər (180 dərəcə) dolandığını görərsiniz; beləcə ip hər yarpaq başına 1/2 dönüşlə bağlanar. Meşə ağacının yarpaqları yalnız 120 dərəcə aralıqlara malikdir; yarpaq başına 1/3 fırlanar. Alma ağacı 144 dərəcə ilə 2/5 dönmə, quru şam 5/13. Əgər riyaziyyat sizə maraqlıdırsa, bu nisbətlərin necə təsadüfən olmayıb, hər bir payın və hissəciyin bir-birinə dərhal bitişik olanların cəmi olduğunu taparsınız. (Aşağıda görüldüyü kimi) hər iki ədəd düzülüşü də bənzərini və sadə əməliyyatı edər:


1, 1, 2 (1+1), 3 (1+2), 5 (2+3), 8 (3+5), 13 (5+8), 21 (8+13), 34 (13+21), 55 (21+34), 89 (34+55), 144 (55+89), 233 (89+144), 377 (144+233),... (Guy Murchie, The Seven Mysteries Of Life, s. 58-59)

 

Bu xüsusi düzülmə qaydasını kəşf edən Fibonaççi adlı riyaziyyatçının adı ilə adlandırılır və " Fibonaççi düzülüşü" olaraq tanınır. Bu qayda estetik mükəmməllik mənasını verir və şəkil, heykəl, arxitektura kimi sahələrdə təməl bir ölçü olaraq istifadə edilir. Təbiətdə çox tez-tez rast gəlinilən bu nisbət bitkilərdəki incə hesab və dizaynı anlamada əhəmiyyətli bir açardır.

 

3/8-ün kənarındakı kəsrlər yosun, kələm ya da hər iki tərəfə spiralvari istiqamətdə gedən ləçəkli, günəbaxan kimi sıx toxum ya da yarpaq sistemlərində olar. Bu bitkilərin yarpaqları mərkəzin ətrafında sağdan və ya soldan fırlanarkən bir spiral çəkərlər, bu spirallarda hər dövr başına düşən yarpaq sayı da Fibonaççi qaydasına görə təyin olunur. Məsələn, çobanyastığının mərkəzi üç ardıcıl kəsr istifadə edir: 13/34, 21/55 və 34/89; yəni yarpağın mərkəzi boyunca edəcəyi bir dövr dönüşdəki yarpaq sayı və buna eyni düşən dönüş bucağı əvvəlcədən müəyyəndir. (Guy Murchie, The Seven Mysteries Of Life, s. 58)
Fibonaççi düzülüşü təbiətdə çox tez-tez qarşımıza çıxır. Bu düzülüş istifadə edilərək çıxarılan kəsrlər, bizə Qızıl nisbəti verir. Yəni Fibonaççi düzülüşünü aşağıda göründüyü kimi bir-birini izləyən kəsrlər halında yazdığımızda, ortaya çıxan bölmələrin hamısı estetik mükəmməllik mənasını verən və çox vaxt Qızıl nisbət adı da verilən düzülüşdür:


1/1, 1/2, 2/3, 3/5, 5/8, 8/13, 13/21, 21/34, 34/55, 55/89...


Göründüyü kimi bu yolla əldə edilən düzülüşün terminləri Fibonaççi düzülüşünün bir-birini izləyən ədədlərinin hissəsi şəklindədir və bu düzülüşün terminləri olan nisbətləri şam qozalarında (5/8, 8/13), ananasda (8/13), çobanyastığının orta qismindəki floretlərdə (21/34), günəbaxanlarda (21/34, 34/55, 55/89) sağ və sol spirallarin sayı olaraq görürük. Bu nisbət sayəsində ortaya çıxan görünüş, təbiətdəki çiçəklərə, ağaclara, toxuma, dəniz qabıqlarına və daha neçə-neçə canlıya estetik bir mükəmməllik qazandırır.
Qızıl nisbətin təbiətdəki yeri bununla da bitmir. İdeal yarpaq bucaqlarında da özünü göstərir. Bilindiyi kimi bitkilərdə yarpaqlar, birbaşa gələn günəş şüalarından maksimum faydasını təmin etmək üçün müəyyən bir bucaqla sıralanırlar. Məsələn, 2/5-lik yarpaq diverjansına sahib bir bitkidə yarpaq aralarındakı bucaq,
2 x 360 dərəcə / 5 = 144 dərəcədir. (Dr. Sara Akdik, Botanik, Şirketi Mürettibiye Basımevi, İstanbul, 1961, s.105-106)
Yarpaqlarda qarşımıza çıxan möcüzələr bununla da məhdudlaşmır. Yarpaq səthləri də müəyyən riyazi hesablar nəticəsində aydın ola biləcək dizaynlara sahibdirlər. Yarpağın ortasından keçən damar (midrib), ondan çıxaraq yarpaq səthinə dağılan damarlar və bunların bəslədikləri toxumalar, bitkiyə müəyyən bir şəkil və quruluş qazandırırlar. Yarpaqlar çox fərqli formalara sahib olmalarına baxmayaraq bu həssas ölçüləri mühafizə edərlər.


Bitkilərin müəyyən riyazi düsturlara görə şəkillənmiş olmaları onların xüsusi olaraq hazırlanmış olduqlarının ən açıq dəlillərindən biridir. Bitkilərin atomlarında, DNT-də gördüyümüz həssas ölçülər və tarazlıqlar, bitkinin xarici görünüşündə də ortaya çıxır. Bitkinin günəşdən maksimum faydalanması kimi həyati məqsədlərlə yanaşı, bitkiyə estetik bir gözəllik qazandıran bu düsturlar, müəyyən sayda molekulların bir yerə gəlməsiylə yaranan rənglərlə birləşdiyində ortaya fövqəladə mənzərələr çıxır.

 

Bu Qızıl nisbət, sənətkarların çox yaxşı bildikləri və tətbiq etdikləri bir estetik qaydadır. Bu nisbətə bağlı olaraq çıxarılan sənət əsərləri estetik mükəmməlliyi təmsil edirlər. Sənətkarların təqlid etdikləri bu qayda ilə hazırlanan bitkilər, çiçəklər və yarpaqlar Allahın üstün sənətinin bir nümunəsidirlər. Allah Quranda hər şeyi bir ölçüylə yaratdığını bildirir. Bu ayələrdən bəziləri belədir:
“Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və orada hər şeydən lazım olduğu qədər yetişdirdik.” (Hicr surəsi, 19)
“... Allah hər şey üçün bir ölçü qoymuşdur.” (Talaq surəsi, 3)
“... Onun yanında hər şeyin müəyyən ölçüsü vardır.” (Rad surəsi, 8)
“... Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir. (Nisa surəsi, 86)

Bitkilər ilk yaradıldıqları gündən bəri riyazi qaydaları tam yerinə yetirərlər. Yəni heç bir yarpaq və ya heç bir çiçək təsadüfən ortaya çıxmaz. Bir ağacda neçə budaq olacağı, budaqların haradan çıxacağı, bir budaq üzərində neçə yarpaq olacağı və bu yarpaqların hansı tənzimləməylə yerləşəcəyi əvvəldən müəyyəndir. Həmçinin, hər bitkinin özünəməxsus budaqlanma və yarpaq düzülüşü qaydaları vardır. Elm adamları bitkiləri yalnız bu düzülüşlərinə görə təyin və təsnif edə bilirlər.
Möhtəşəm olan isə, məsələn, Çindəki bir qovaq ağacı ilə İngiltərədəki bir qovaq ağacının eyni ölçü və qaydalardan xəbərdar olmaları, eyni nisbətləri tətbiq etmələridir. Hər bitkini özünəməxsus riyazi hesablarla ən estetik şəkildə yaradan, əlbəttə, təsadüf ola bilməz. Bütün bu estetikanın və qüsursuz hesablamalarla edilən dizaynın yaradıcısı sonsuz elm sahibi olan Allahdır. Quranda da bildirildiyi kimi:

“Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir.” (Furqan surəsi, 2)

Fərqli düzülüşlər
Bitki növünə görə dəyişən bu düzülüş şəkilləri dairəvi və ya spiralvari quruluş şəklindədir. Bu xüsusi düzülüşün ən əhəmiyyətli nəticələrindən biri yarpaqların bir başqasını kölgələməyəcək şəkildə yerləşmiş olmalarıdır. Botanikada "yarpaq diverjansı" olaraq təyin olunan bu nisbətlərə görə bitkilərdə yarpaqların gövdə ətrafına düzülüşlərindəki nizam müəyyən ədədlərlə təyin olunmuşdur.
Bu düzülüş son dərəcə kompleks bir hesabladır. Bir yarpaqdan başlayıb, gövdə ətrafında fırlanaraq eyni xətdəki digər yarpağa rast gələnə qədər etməyimiz lazım olan dövr sayı (N) ilə, bu dövrlər arasında qarşılaşdığımız yarpaq saylarını (P), sırasıyla N və P ilə göstərsək, P/N nisbəti, bitkilərdə "yarpaq diverjansı" olaraq adlandırılır. Bu nisbətlər çəmən bitkilərində (otlarda) 1/2, bataqlıq bitkilərində 1/3, meyvə ağaclarında (alma) 2/5, banan növlərində 3/8, soğankimilərdə 5/13-dir.

Nisbətdəki möcüzə
Eyni növə aid hər ağacın bu nisbətdən xəbərdar olub, öz cinsi üçün təyin olunmuş nisbətə uyğun olması böyük bir möcüzədir. Məsələn, bir banan ağacı bu nisbəti haradan bilər və bu nisbətə necə uyğun ola bilər? Bu hesaba görə, hər banan ağacının ətrafında bir yarpaqdan başlayıb 8 dəfə dövr atdığınızda, eyni xətdəki digər yarpağa rast gələcəksiniz və bu dövrlər arasında 3 yarpaqla qarşılaşacaqsınız. Cənubi Afrikadan Amerikaya qədər hara gedirsinizsə gedin, bu nisbət dəyişməyəcək. Yalnız belə bir yarpaq düzülüş nisbətinin olması belə canlıların təsadüfən meydana gəlmədiklərini, qüsursuz və son dərəcə kompleks bir nisbət, hesab, plan və dizaynla yaradıldıqlarını göstərən əhəmiyyətli bir dəlildir. Canlıların genetik strukturlarına belə bir nisbəti kodlaşdıran, onları bu məlumat və xüsusiyyətlə yaradan üstün bir elm və ağıl sahibi olan Allahdır.
Ağac növləri içində ən çox rast gəlinənlərdən biri, gövdənin bir-birinə tam əks istiqamətdən çıxan yarpaq və budaq cütləridir. Toxum açıldıqdan sonra iki dənə yarpaq açar. Bu yarpaqlar 180 dərəcəlik bir bucaqla qarşılıqlı olaraq düzülmüşlər. İlk iki yarpaqdan sonra inkişaf edən digər iki yarpaq isə maksimum paylaşımı təmin etmək üçün əks tərəfdə, birinci cütə sağdan bucaqla inkişaf edər. Belə bir vəziyyətdə bir budağın ətrafında 90 dərəcəlik bucaqlara sahib dörd ədəd yarpaq düzülmüş olar. Yəni bu ağacın budaqlarına yuxarıdan baxsaq, yarpaqların tam bir kvadrat meydana gətirəcək şəkildə 90 dərəcəlik bucaqlarla düzüldüklərini və üstdəki yarpaqların bu vasitəylə altdakı yarpaqları örtmədiyini görərik. Bu, görməyə vərdiş etdiyimiz bir şəkildir. Ancaq, insanların çoxu toxumların niyə xüsusilə bu şəkildə açdığını düşünməzlər. Halbuki bu, bir planın və dizaynın nəticəsidir. Məqsəd, yarpaqların üst-üstə çıxaraq bir-birlərini örtmələrinin qarşısını almaq üçün və hamısının günəş işığından faydalana bilmələrini təmin etməkdir.

Daha kompleks bir forma olan spiral şəklinə də çox tez-tez rast gəlinər. Bitkidəki bu spiral hərəkəti müşahidə etmək üçün bir ip istifadə edilə bilər. Bir yarpağa ip bağlayıb sonra ipi budaqlara qədər uzadın. Gəldiyiniz hər yarpağın gövdəsində bir dəfə halqa edin, qövslər mümkün olduqca düz olsun. Bu üsulla, qarağac və ya cökə ağacında yarpaqların ortalama olaraq qonşu yarpaqda budağın ətrafında yarı yol qədər (180 dərəcə) fırlandığını görərsiniz; beləcə ip yarpaq başına 1/2 dönüşlə bağlanar. Qayın ağacının yarpaqları yalnız 120 dərəcə aralıqlara malikdir; yarpaq başına 1/3 fırlanar. Alma ağacı 144 dərəcə ilə 2/5 dönüş, quru şam 5/13. Əgər riyaziyyata marağınız varsa, bu nisbətlərin necə təsadüfən olmayıb, hər bir payın bir-birinə dərhal bitişik olanların cəmi olduğunu taparsınız. (Aşağıda göründüyü kimi) Hər iki ədəd düzülüşü də eyni bənzər və sadə əməliyyatı yerinə yetirər: 1, 1, 2 (1+1), 3 (1+2), 5 (2+3), 8 (3+5), 13 (5+8), 21 (8+13), 34 (13+21), 55 (21+34), 89 (34+55), 144 (55+89), 233 (89+144), 377 (144+233),...