Mikrodünyada Qızıl nisbət

Həndəsi fiqurlar yalnız üçbucaq, kvadrat və ya beşbucaqlı, altıbucaqlı ilə məhdudlaşmır. Bu saydığımız fiqurlar dəyişik şəkillərdə də bir yerə gələrək yeni üçölçülü həndəsi fiqurlar meydana gətirə bilirlər. Bu mövzuda ilk olaraq kub və piramida nümunə olaraq verilə bilər. Ancaq bunların xaricində, gündəlik həyatda heç qarşılaşmadığımız hətta adını belə ilk dəfə eşitdiyimiz tetraedr (düz dörd üzlü), oktaedr, dodekaedr və ikosaedr kimi üç ölçülü fiqurlar da vardır. Dodekaedr 13 dənə beşbucaqlıdan, ikosaedr isə 20 ədəd üçbucaqdan meydana gələr. Elm adamları bu fiqurları riyazi olaraq bir-birinə çevrilə biləcəyini və bu çevrilmənin Qızıl nisbətə bağlı nisbətlərlə reallaşdığını tapmışlar.


Mikroorqanizmlərdə Qızıl nisbət olan üçölçülü formalar olduqca məşhurdur. Bir çox virus ikosaedr quruluşunda bir formaya malikdir. Bunların ən məşhuru Adeno virusudur. Adeno virusunun zülal örtüyü, 252 ədəd zülal alt hissəciyinin nizamlı bir şəkildə düzülməsi ilə meydana gəlir. İkosaedronun künclərində olan 12 alt hissəcik isə beşbucaqlı prizmalar formasındadır. Bu künclərdən tikan bənzəri strukturlar uzanar.


Virusların Qızıl nisbətləri tərkibində saxlayan formalarda olduğunu müəyyən edən ilk adam 1950-ci illərdə Londondakı Birkbeck Kollecindən A. Klug ilə D. Caspardır. (J. H. Mogle, et al., "The Stucture and Function of Viruses", Edward Arnold, London, 1978.) Üzərində ilk tapılan virus isə Polyo virusudur. Rhino 14 virusu da Polyo virusu ilə eyni formanı göstərər.
Yaxşı görəsən viruslar niyə bizim hətta zehnimizdə canlandırmasını belə çətinliklə etdiyimiz, bu cür Qızıl nisbətə dayanan xüsusi bir formalara sahibdirlər? Bu formaların kəşfiyyatçısı A. Klug bu mövzunu belə açıqlayır:


"Kaspar ilə mən, qlobal bir virus örtüyü üçün optimum dizaynın ikosaedr tərzi bir simmetriyaya söykəndiyini göstərdik. Belə bir tənzimləmə əlaqələrdəki sayını ən aza endirər... Buckminster Fullerin yarı qlobal jeodezik qübbələrindən (Buckminster Fullerin Jeodezik Qübbə dizaynları haqqında ətraflı məlumat üçün baxın: Texnologiya təbiəti təqlid edir, Biyomimetik, Harun Yəhya, Qlobal nəşriyyat, İstanbul.) çoxu da oxşar bir geometriyaya uyğun tikilirlər. Bu qübbələrin olduqca təfərrüatlı bir sxemə uyğun olaraq montaj edilməsi lazımdır. Halbuki virus, bir virus örtüyü, alt hissəciklərinin elastikliyindən ötəri öz-özünü inşa edir." (A. Klug "Molecules on Grand Scale", New Scientist, 1561:46, 1987.)


Klugun bu şərhi çox açıq bir həqiqəti bir daha ortaya qoyur. Elm adamlarının "ən sadə və ən kiçik canlı parçalarından biri" (Mehmet Suat Bergil, Doğada/Bilimde/Sanatta, Altın Oran, Arkeoloji ve Sanat Yayınları, 2.Basım, 1993, s. 82) olaraq gördükləri viruslarda belə həssas bir planlama və ağıllı bir dizayn vardır. Bu dizayn, dünyanın qabaqcıl memarlarından Buckminster Fullerin reallaşdırdığı dizaynlardan çox daha müvəffəqiyyətli və üstündür.

 

Dodekahedron ilə ikosahedron, tək hüceyrəli dəniz varlıqları olan şüalıların silisten edilməsi skeletlərində də ortaya çıxar.
Şüalılar (radiolaria), hər küncündən bir yalançı ayaq çıxan düz Dodekahedron kimi, bu iki həndəsi fiqurdan qaynaqlanan strukturları, səthlərindəki çox müxtəlif meydana gəlmələrlə birlikdə dəyişik gözəllikdəki bədənləri meydana gətirərlər. (Mehmet Suat Bergil, Doğada/Bilimde/Sanatta, Altın Oran, Arkeoloji ve Sanat Yayınları, 2.Basım, 1993, s. 85)

 

Böyüklükləri bir millimetrdən daha kiçik olan bu orqanizmlərə nümunə olaraq, ikosaedr quruluşlu Circigonia İcosahedra ilə dodekaedr skeletli Circorhegma Dodecahedranın adları verilə bilər. (Dəyişik şüalı bədənləri üçün baxın: "H. Weyl, Synnetry, Princeton, 1952.)