İnsan bədəni və Qızıl nisbət

Sənətkarlar, elm adamları və dizaynerlər araşdırmalarını apararkən ya da məhsullarını ortaya qoyarkən nisbətləri Qızıl nisbətə görə təyin olunmuş insan bədənini ölçü olaraq götürürlər. Leonardo da Vinçi və Corbusier dizaynlarını edərkən qızıl nisbətə görə təyin olunmuş insan bədənini ölçü götürmüşlər. Günümüzdə memarlarının ən əhəmiyyətli müraciət etdikləri kitablardan biri olan Neufertdə də Qızıl nisbətə görə təyin olunmuş insan bədəni təməl alınır.

 

İnsan bədənində Qızıl nisbət
Bədənin müxtəlif qisimləri arasında mövcud olan və təxminən Qızıl nisbət dəyərlərinə uyğun olan "ideal" nisbət əlaqələri, ümumiyyətlə, bir sxem halında göstərilə bilər. (J. Cumming, Nucleus: Architecture and Building Construction, Longman, 1985.)
Aşağıdakı sxemdə yerləşən M/m nisbəti həmişə qızıl nisbətə bərabərdir: M/m=1,618
İnsan bədənində qızıl nisbətə verilə biləcək ilk nümunə; göbək ilə ayaq arasındakı məsafə 1 hissəcik olaraq qəbul edildiyində, insan boyunun 1,618-nə bərabər olmasıdır. Bundan başqa bədənimizdə yerləşən digər bəzi Qızıl nisbətlər belədir:
Barmaq ucu-dirsək arası / Əl biləyi-dirsək arası,
Çiyin xəttindən baş ucuna qədər olan məsafə / Baş boyu,
Göbək-baş ucu arası məsafə / Çiyin xəttindən baş ucuna qədər olan məsafə,
Göbək-diz arası / Düz-ayaq ucu arası.

İnsan əli
Əlinizi jurnalın səhifəsindən çəkib və işarə barmağınızın şəklinə bir baxın. Ehtimalla orada da Qızıl nisbətə şahid olacaqsınız.
Barmaqlarımız üç buğumludur. Barmağın tam boyunun ilk iki buğuma olan nisbəti Qızıl nisbəti verir (baş barmaq xaricindəki barmaqlar üçün). Həmçinin orta barmağın kiçik barmağa olan nisbətində də Qızıl nisbəti görə bilərsiniz. (Mehmet Suat Bergil, Doğada/Bilimde/Sanatta, Altın Oran, Arkeoloji ve Sanat Yayınları, 2.Basım, 1993, s. 87.)
İki əliniz var. İki əlinizdəki barmaqlar 3 hissədən meydana gələr. Hər əlinizdə 5 barmaq vardır və bunlardan yalnız 8-i Qızıl nisbətə görə buğumlanmışdır. 2, 3, 5 və 8-ci barmaqlar Fibonaççi düzülüşünə uyğun olar.

 

İnsan üzündə Qızıl nisbət

İnsan üzündə də bir çox Qızıl nisbət vardır. Ancaq bunu əlinizə dərhal bir xətkeş götürüb insanların üzündə ölçülər götürməyin. Çünki bu nisbətləndirmə, elm adamları və sənətkarların birlikdə qəbul etdikləri "ideal bir insan üzü" üçün etibarlıdır.
Məsələn, üst çənədəki ön iki dişin enlərinin cəminin boylarına nisbəti Qızıl nisbəti verir. İlk dişin genişliyinin mərkəzdən ikinci dişə nisbəti də Qızıl nisbətə dayanır. Bunlar bir stomatoloqun diqqətə ala biləcəyi ən ideal nisbətlərdir. Bunların xaricində insan üzündə olan digər bəzi Qızıl nisbətlər belədir:
Üzün boyu / Üzün genişliyi,
Dodaq-qaşların birləşmə yeri arası / Burun boyu,
Üzün boyu / Çənə ucu-qaşların birləşmə yeri arası,
Ağız boyu / Burun genişliyi,
Burun genişliyi / Burun dəliklərinin arası,
Göz bəbəklərinin arası / Qaşların arası.

 

Ağciyərlərdəki Qızıl nisbət

Amerikalı fizik B. J. Vest ilə həkim A. L. Goldberger, 1985-1987-ci illərdə apardıqları araşdırmalarında (A. L. Goldberger, et al., "Bronchial Asymmetry and Fibonacci Scaling." Experientia, 41 : 1537, 1985.), ağciyərlərin quruluşundakı Qızıl nisbətin varlığını ortaya çıxardılar. Ağciyəri meydana gətirən bronx ağacının bir xüsusiyyəti, qeyri-simmetrik olmasıdır. Məsələn, nəfəs borusu, biri uzun (sol) və digəri də qısa (sağ) olmaqla iki ana bronxa ayrılır və bu qeyri-simmetrik bölünmə, bronxların ardıcıl budaqlanmalarında da davam edir. (E. R. Weibel, Morphometry of the Human Lung, Academic Press, 1963.) Bu bölünmələrin hamısında qısa bronxun uzun bronxa olan nisbətinin təxminən 1/1,618 dəyərini verdiyi müəyyən olunmuşdur.