Qızıl düzbucaqlı və spirallardakı yaradılış

Kənarlarının nisbəti Qızıl nisbətə bərabər olan bir düzbucaqlıya "qızıl düzbucaqlı" deyilir. Uzun kənarı 1,618 hissəcik, qısa kənarı 1 hissəcik olan bir düzbucaqlı qızıl düzbucaqlıdır. Bu düzbucaqlının qısa kənarının hamısını kənar qəbul edən bir kvadrat və dərhal ardından kvadratın iki küncü arasında bir dörddə bir çevrə çəkək. Kvadrat çəkildikdən sonra yan tərəfdə qalan kiçik bir kvadrat və dörddə bir çevrə çəkib bunu əsl düzbucaqlının içində qalan bütün düzbucaqlılar üçün edək. Bunu etdikdə qarşınıza bir spiral çıxacaq.
İngilis estetikçi William Charlton insanların spiralları xoş qarşılamalı və minlərlə il əvvəlindən istifadə etmələrini "Spirallardan xoşumuz gələr, çünki spiralları vizual olaraq asanca izləyə bilərik." (William. Charlton, Aesthetics:An Introduction, Hutchinson University Library, London, 1970.) deyərək açıqlayır.

Təbiətdə Qızıl nisbət əsasında spiralvari nadir dizaynlar tapa bilərsiniz. Günəbaxan ya da qoza üzərindəki spiralvari düzülüşlər bu mövzuda veriləcək ilk nümunələrdəndir. Uca Allahın qüsursuz yaradışının və hər varlığı bir ölçü ilə yaratdığının bir nümunəsi olan bu vəziyyətlə müqayisədə bir çox canlı böyümə müddətini də loqarifmik spiral formasında reallaşdırar. Bunun spiraldakı yayların daim eyni şəkildə olması və yayların böyüklüyünün dəyişməsinə qarşı əsas şəklin (spiralın) heç dəyişməməsidir. Riyaziyyatda bu xüsusiyyətə sahib başqa bir şəkil yoxdur. (Mehmet Suat Bergil, Doğada/Bilimde/Sanatta, Altın Oran, Arkeoloji ve Sanat Yayınları, 2.Basım, 1993, s. 77.)

 

PALPLARDAKI YARADICI VƏ HƏNDƏSİ TƏFƏRRÜATLAR

Dəniz alimləri tərəfindən rəngli tükləri səbəbiylə 'Milad ağacı' soxulcanı olaraq adlandırılan bir dəniz soxulcanı (Spirobranchus Giganteus), sanki sənət əsərini xatırladan çox funksiyalı palpları ilə elmdə bir çox sualı gündəmə gətirdi.

 

Palpların heyranlıq oyandıran funksiyaları

Bu canlılar, üzərlərində olan rəngarəng şam ağacı bənzəri palplarını bəslənmək üçün istifadə edirlər. Palplarında görünən spiral (fırlana-fırlana meydana gəlmiş) şəklin isə canlının bəslənməsində əhəmiyyətli bir rolu vardır. Bu palplar, spiral şəklin bir nəticəsi olaraq üzərlərindəki 'qövslər' vasitəsiylə dəniz dibindəki axıntılarda üzən qida maddələrini asanlıqla tuta bilir.
Palpların bir başqa əhəmiyyətli funksiyası isə canlının tənəffüs ehtiyacını qarşılamasıdır. Palplar eynilə qida maddələri kimi, dəniz suyu içində olan ərimiş oksigeni də şam ağacı kimi strukturları vasitəsiylə asanlıqla ala bilir.

 

Qövslü quruluş niyə həyati əhəmiyyət daşıyır?

Canlının bədənində yerləşən bu orqanlar, son dərəcə düz və mütənasib bir şəklə malikdir. Bu orqanlara qövslü şəkli verən yayların hamısı eyni formadadır və hər yayın böyüklüyü və mərkəz ətrafından dönərkən etdiyi bucaq sabitdir. Canlının spiral formasındakı bu palplarının nə qədər rahat və mütənasib olduğunu anlamaq üçün “vinti” nümunə göstərə bilərik. Vintin sərt bir cisim içinə girməsini və girdikdən sonra asanca yerindən çıxmamasını təmin edən vintin spiral şəklidir. Vintin spiral qismini araşdırdığımızda bu qismin sabit bir nisbətə görə edildiyini və buna görə də olduqca düz və rahat bir quruluşa sahib olduğunu görərik. Bu həndəsi nizam, canlının spiral şəklindəki palpları üçün də etibarlıdır. Bu palplar bərabər bucaqlı spiral quruluşun dayandığı təməl geometrik qaydalara görə şəkilləndirilmiş olduğundan, həm canlının həyati funksiyalarını yerinə yetirə bilməsini təmin edər, həm də heyvanın bədəninə çox təsiredici bir gözəllik və estetika qazandırar.

Dənizdə yaşayan bir soxulcan, ömrü boyu heç görmədiyi palplarını Qızıl nisbətə uyğun olaraq şəkilləndirə bilərmi?  Ya da Qızıl nisbətə görə şəkillənmiş bir palpın bəslənməsini asanlaşdırıb tənəffüs ehtiyacını aradan qaldıracağını bilə bilərmi? Şübhəsiz ki, bu iki vəziyyət də mümkün deyil. Çünki insan da daxil olmaqla heç bir canlının, öz bədəninə hər hansı bir xüsusiyyət qazandırması qeyri-mümkündür. Qaldı ki burada Qızıl nisbət kimi mükəmməl bir xüsusiyyətdən danışılır. Belə bir şəkil, ancaq Uca Allahın üstün yaradışıyla meydana gələ bilər.

 

Qövslü quruluşa  sahib bəzi canlılar

Bir çox heyvanın bədən quruluşunda və meydana gələn bəzi təbiət hadisələrində də bərabər bucaqlı spiral quruluşa rast gələrik. Antilop, dağ keçisi və qoç kimi heyvanların buynuz şəkillərinə, buqələmun və dənizatı kimi canlıların quyruqlarına, fillərin dişlərinə və mikroorqanizmlər sinfi içində olan vortex, terebra, planorbis və tochida kimi plankton növlərinin bədən strukturlarına baxdığımızda hamısının bərabər bucaqlı spiralda müşahidə edilən və yaradılış həqiqətini göstərən həndəsi xüsusiyyətlərə sahib olduqlarını görərik. Bir Quran ayəsində Uca Allahın, yaratdığı hər şeyə müəyyən bir nizam verdiyi və hamısını müəyyən bir ölçü ilə təqdir etdiyi belə xəbər verilir:

 

Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. (Furqan surəsi, 2)