DNT-də Qızıl nisbət

Canlıların bütün fiziki xüsusiyyətlərinin yığıldığı molekul da Qızıl nisbətə uyğun bir formada yaradılmışdır. Həyat üçün proqram olan DNT molekulu Qızıl nisbətə uyğundur. DNT şaquli istiqamətdə iç-içə açılmış iki spiraldan meydana gələr. Bu spirallarda hər birinin bütün yuvarlağı içindəki uzunluq 34 anqstrom, genişliyi isə 21anqstromdur. (1 anqstrom; santimetrin yüz milyonda biridir.) 21 və 34 ard-arda gələn iki Fibonaççi düzülüşüdür.

 

Qar kristallarında Qızıl nisbət

Qızıl nisbət kristal strukturlarda da özünü göstərir. Bunların çoxu gözümüzlə görməyəcəyimiz qədər kiçik strukturların içindədir. Ancaq qar kristalı üzərindəki Qızıl nisbəti gözlərinizlə görə bilərsiniz. Qar kristalını meydana gətirən uzunlu, qısalı budaqlanmalarda, müxtəlif uzadılmaların nisbəti həmişə Qızıl nisbəti verir. (Emre Becer, "Biçimsel Uyumun Matematiksel Kuralı Olarak, Altın Oran", Bilim ve Teknik Dergisi, Ocak 1991, s.16.)

 

Kosmosda Qızıl nisbət
Kainatda, quruluşunda Qızıl nisbət olan bir çox spiralvari qalaktika vardır.

 

Fizikada da Qızıl nisbət....
Fibonaççi düzülüşü və qızıl nisbət ilə fizika elminin sahəsinə daxil olan mövzularla da qarşılaşırıq:
"Bir-biriylə təmas halında olan iki şüşə təbəqəsinin üzərinə bir işıq tutulduğunda, işığın bir qismi kənara keçər, bir qismi də sovrulur, qalanı da əks olunar. Meydana gələn, “çoxlu əks olunma” hadisəsidir. Şüa təkrar ortaya çıxmazdan əvvəl şüşənin içində izlədiyi yolların sayı, şüanın məruz qaldığı əks olunmaların sayına bağlıdır. Nəticədə, təkrar ortaya çıxan şüa ədədlərini təyin etdiyimizdə bunların Fibonaççi düzülüşünə uyğun olduğunu anlayarıq." (V.E. Hoggatt, Jr. Ve Bicknell-Johnson, Fibonacci Quartley, 17:118, 1979.)

 

Təbiətdə bir-biriylə əlaqəsiz canlı və ya cansız bir çox quruluşun müəyyən bir riyazi düsturuna görə şəkillənmiş olması onların xüsusi olaraq hazırlanmış olduqlarının ən açıq dəlillərindən biridir. Qızıl nisbət, sənətkarların çox yaxşı bildikləri və tətbiq etdikləri bir estetik qaydadır. Bu nisbətə uyğun olan çıxarılan sənət əsərləri estetik mükəmməlliyi təmsil edirlər. Sənətkarların təqlid etdikləri bu qayda ilə hazırlanan bitkilər, qalaktikalar, mikroorqanizmlər, kristallar və canlılar Allahın üstün sənətinin bir nümunəsidirlər. Allah Quranda hər şeyi bir ölçüylə yaratdığını bildirir. Bu ayələrdən bəziləri belədir:

 

“... Allah hər şey üçün bir ölçü qoymuşdur.” (Talaq surəsi, 3)


“... Onun yanında hər şeyin müəyyən ölçüsü vardır.” (Rad surəsi, 8)

 

Eşitmə və tarazlıqda Qızıl nisbət
İnsanın iç qulağında yerləşən Cochlea (ilbiz) səs titrəşmələrini köçürmə funksiyasını daşıyır. İçi maye ilə dolu olan bu sümüklü quruluş, içində qızıl nisbət olan _=73 dərəcə 43' sabit bucaqlı loqarifmik spiral formasındadır.

 

Spiralvari inkişaf edən buynuzlar və dişlər
Fillər ilə soyu tükənən mamontların dişləri, aslanların dırnaqları və tutuquşuların dimdiklərində loqarifmik spiral mənşəli yay parçalarına görə formalanmış nümunələrə rast gəlinir. Eperia hörümçəyi də şəbəkəsini daim loqarifmik spiral şəklində hörər. Mikroorqanizmlərdən planktonlar arasında globigerinae, planorbis, vortex, terebra, turitellae və trochida kimi kiçik canlıların hamısının spiralvari şəkildə inşa edilmiş bədənləri vardır.