Balıqqulağındakı yaradılış və Qızıl nisbət

Elm adamları dəniz dibində yaşayan və molyusk olaraq təsnif edilən canlıların daşıdıqları qabıqların quruluşunu araşdırarkən bunların forması, iç və xarici səthlərinin quruluşu diqqətlərini çəkmişdir:

 

"İç səthi hamar, xarici səthi də çıxıntılı idi. Molyusk qabığın içində idi və qabıqların iç səthi hamar olmalı idi. Qabığın xarici küncləri qabıqların sərtliyini artırır və beləliklə, gücünü yüksəldirdi. Qabıq formaları yaradılışlarında istifadə edilən mükəmməlliklə və faydalarıyla heyrətə oyadır. Qabıqlardakı spiral fikir mükəmməl həndəsi fiqurda və heyrətləndirici gözəllikdəki 'itilənmiş' dizaynda ifadə edilmişdir."
(http://www.goldenmuseum.com/index_engl.html)


Molyuskaların bir çoxunun sahib olduğu qabıq loqarifmik spiral şəklində böyüyər. Bu canlıların hər biri şübhəsiz loqarifmik spiral bir tərəfə, ən sadə riyazi əməliyyatından belə xəbərsizdir. Yaxşı bəs necə olub ki, bəhs olunan canlılar özləri üçün ən ideal böyümə tərzinin bu şəkildə olduğunu bilirlər? Bəzi elm adamlarının "primitiv" olaraq qəbul etdiyi bu canlılar, bu şəklin özləri üçün ən ideal forma olduğunu haradan bilirlər? Belə bir böyümə şəklinin bir şüur ya da ağıl olmadan reallaşması qeyri-mümkündür. Bu şüur nə molyusklarda nə də bəzi elm adamlarının iddia etdiyi kimi təbiətin özündə mövcuddur. Belə bir şeyi təsadüflə şərh etmək çox böyük bir ağılsızlıqdır. Bu ancaq üstün bir ağılın və elmin məhsulu ola biləcək bir dizayndır. Bu dizayn hər şeyi yaratmış olan Uca Allaha aiddir:

 

Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Məgər düşünüb ibrət almayacaqsınız? (Ənam surəsi, 80)

 

Bioloq Sir D-Arcy Thompson mütəxəssisi olduğu bu cür böyüməni "Gnom tərzi böyümə" olaraq adlandırılmışdır. Thompsonun bu mövzudakı ifadələri belədir:


"Bir balıqqulağının böyümə müddətində, eyni və dəyişməz nisbətlərə bağlı olaraq genişləməsi və uzanmasından daha sadə bir sistem düşünə bilmərik. Qabıq...gedərək böyüyər, lakin şəklini dəyişdirməz. "(D-Arcy Wentworth Thompson, On Growth and Forma, C. U. P., Cambridge, 1961)


Bir neçə santimetr diametrindəki bir nautilusda, gnom tərzi böyümənin ən gözəl nümunələrindən birini görmək mümkündür. C. Morrison insan zəkası ilə belə planlaması xeyli çətin olan bu böyümə müddətini belə izah edir:


"Nautilusun qabığının içində, sədəf divarlar ilə hörülmüş bir çox otaqcığın meydana gətirdiyi daxili bir spiral uzanar. Heyvan böyüdükcə, spiral qabığının ağız qismində, ondan əvvəlkindən daha böyük bir otaqcıq tikər və arxasındakı qapını bir sədəf təbəqəsi ilə örtərək daha geniş olan bu yeni hissəyə irəliləyər. " (C. Morrison, Along The Track,Withcombe and Tombs, Melbourne,)


Qabıqlarındakı fərqli böyümə nisbətlərini ehtiva edən loqarifmik spirallara görə digər dəniz canlıları elmi adlarıyla belə sıralanır:
Haliotis Parvus, Dolium Perdix, Murex, Fusus Antiquus, Scalari Pretiosa, Solarium Trochleare.
Bu gün qalıq halında olan və amonitlərdə loqarifmik spiral şəklində inkişaf edən qabıqlar daşıyırlar.

 

Heyvanlar aləmində spiral formada böyümə yalnız molyuskların qabıqları ilə məhdud deyil. Xüsusilə antilop, çöl keçisi, qoç kimi heyvanların buynuzlarının inkişaf təməlini Qızıl nisbətdən aldıqları spirallar şəklində tamamlayarlar.